Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıda COP29 İqlim Dəyişmələri üzrə ikinci yay düşərgəsinin açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Şamaxı, 25 avqust, AZƏRTAC

Şamaxıda COP29 İqlim Dəyişmələri üzrə ikinci yay düşərgəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Sədri Muxtar Babayev hazırda əsas diqqətin “yaşıl təhsil” üzərində cəmləndiyini vurğulayıb.

“COP29 çərçivəsində formalaşdırılan irsimiz də məhz bu istiqamətə yönəlib. Məktəblər və universitetlərdə müxtəlif təhsil proqramları vasitəsilə gənclərə iqlimlə bağlı bilik və bacarıqlar aşılanır. Şamaxı gələcək illərdə də proqramlarımız üçün xüsusi əhəmiyyət daşıyan bir məkana çevriləcək. Bu gün burada iqlim müzakirələri, yaşıl təhsil və ekoloji təşəbbüslər ətrafında fikir və ideya mübadiləsi aparmaq üçün əlverişli platforma mövcuddur. Çünki bu gün dünyada əsas prioritet, gələcək nəsillər üçün daha davamlı həyat və iqlim baxımından dayanıqlı inkişafı təmin etməkdir.

Azərbaycan hökuməti və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu proqramlar gənc nəslin ekoloji şüurunun artırılmasına mühüm töhfə verir. Bu ideyaların təbliğində müəllimlər və təhsil işçiləri aparıcı rol oynayır. Onlar yaşıl gündəmin əsas daşıyıcıları kimi ölkə üzrə maarifləndirmə işlərinin genişlənməsinə dəstək verirlər. Bu prosesdə gənclərin fəal rolu da diqqətəlayiqdir. Son illərdə regionun iqlim gündəliyinə diqqət daha da artıb. Özbəkistanda keçirilən forum, Qazaxıstanın paytaxtı Astanada, Qırğızıstanın Bişkek şəhərində, eləcə də Tacikistanda təşkil olunan müzakirələr, xüsusilə buzlaqların qorunması və ekoloji problemlərin həlli ilə bağlı regional əməkdaşlığı gücləndirib. Gələn il Qazaxıstanda keçiriləcək regional iqlim forumu isə yeni ideyaların və fəaliyyətlərin müzakirəsi üçün daha geniş imkan yaradacaq. Azərbaycan bu proseslərdə aktiv iştirakını davam etdirəcək”, - deyə Muxtar Babayev bildirib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd edib ki, ekologiya ilə bağlı məsələlər üzrə belə tədbirlərə Şamaxı dəfələrlə ev sahibliyi edib ki, bu da çox sevindirici haldır.

“Bundan əvvəl bu çağırışın çox vacib bir hissəsi həyata keçirilmişdi və hesab edirəm ki, bu tədbir həmin prosesin davamıdır. Şamaxı Azərbaycanın və regionun ən qədim şəhərlərindən biridir. Bu bölgə zəngin mədəniyyəti, qədim ənənələri və təbii ki, təbii sərvətləri ilə seçilir. Mənim fikrimcə, bu məsələlərin ən vacib tərəfi humanitar yanaşma, mədəniyyət və sözsüz ki, bu istiqamətdə regionumuzun təbiətinə və ekoloji dəyərlərinə diqqət yetirməkdir. Eyni zamanda, ekologiya ilə bağlı məsələlərdən də danışmaq vacibdir”, - deyə Tahir Məmmədov əlavə edib.

Sonra çıxış edən COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai vurğulayıb ki, iqlim dəyişikliyi ilə bağlı riskləri dərk edən tərəflərin və qeyri-dövlət iştirakçılarının bir araya gələrək maliyyələşdirmə məsələlərində razılığa gəlməsi çox önəmli idi: “Eyni zamanda, özəl sektor, vətəndaş cəmiyyəti, akademik qurumlar, şəhərlər və digər tərəfdaşların bu prosesdə dövlətləri dəstəkləməsi də olduqca dəyərli idi. Bu, asan iş deyil. İqlim dəyişikliyi bizim qarşılaşdığımız ən böyük riskdir və biz bu çətinliyin öhdəsindən yalnız birlikdə gəlməliyik. Həmçinin gənclərin də bu prosesə fəal qoşulduğunu görmək çox xoş idi. Bu fürsətdən istifadə edərək göstərdiyi təşəbbüs və liderliyə görə Leyla Həsənovaya səmimi təşəkkürümü bildirirəm. Bildiyimə görə, gənclər üzrə iqlim səfiri rolu artıq iki ildir ki, mövcuddur və Leylanın bu müddətdə göstərdiyi fəaliyyət böyük nümunədir. COP29-da gənclərin bir araya gələrək öz hüquqlarını tələb etməsi, iqlim böhranına qarşı təcili tədbir görülməsi ilə bağlı çağırışlar etməsi bizi çox sevindirdi. Biz məhz belə fəal gənclik görmək istəyirik”.

COP29-un könüllülərlə iş üzrə rəhbəri, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva bildirib ki, COP29 tədbirlərinə hazırlıq prosesində 16 min könüllü iştirak edib, tədbirin icrasında isə 4 mindən çox gənc fəallıq göstərib. Ən gənc könüllü 16, ən yaşlı isə 70 yaşında olub.

COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib ki, ikinci “İqlim Dəyişikliyi Yay Düşərgəsi”nin açılışında çıxış etmək mənim üçün böyük şərəfdir: “Çünki bu, sadəcə bir proqram deyil – ötən il COP29-un Gənclər üzrə Çempionu kimi fəaliyyətim dövründə yaranan bir arzudur. Ötən il bu düşərgəni ilk dəfə təşkil edəndə 35 ölkədən 75 gənc müəllimi qəbul etmişdik. Onların hər birinin gətirdiyi enerji və fədakarlığı bu gün də xatırlayıram. Bu, bir daha göstərdi ki, iqlim fəaliyyəti təhsildən başlayır – gənclərə daha yaxşı bir dünya qurmaq üçün düzgün alətlər və biliklər verməklə. Bu il isə çox xoşbəxtəm ki, bu ənənə davam edir. Bu dəfə 20 ölkədən 46 ilhamverici iştirakçı ilə yanaşı, Azərbaycanın bölgələrindən 10 gənc müəllimi də aramızda görürük”.

Qeyd olunub ki, tədbirin məqsədi iqlim dəyişikliyini səmərəli şəkildə öyrətmək üçün xidmətəqədər və xidmətdə olan erkən karyera pedaqoqlarını bilik və pedaqoji bacarıqlarla gücləndirmək, qlobal iqlim diskursunu təhsil vasitəsilə yerli fəaliyyətlə birləşdirmək, təhsil işçiləri arasında həmyaşıd öyrənmə, mədəniyyətlərarası əməkdaşlıq və qlobal şəbəkələşməni təşviq etmək, Yaşıllaşdırma Təhsil Tərəfdaşlığının məqsədlərinə töhfə və yaşıl məktəblərin inkişafına dəstək vermək, həmçinin düşərgədən sonra məktəb və icma əsaslı iqlim layihələrinin təşəbbüskarı olmaq üçün müəllimləri ruhlandırmaqdır.

Tədbirin əsas tərəfdaşları CEE (“Centre for Environment Education”), Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), Ekologiya Təhsil Fondu (FEE), Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA), Universitetlərarası-məktəblərarası Liqa (UIL), Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) və “Regional İnkişaf” İctimai Birliyidir (RİİB).

Qeyd edək ki, Prezidentliyin Gənclər İqlim Çempionu (PYCC) institutu ilk dəfə Dubayda keçirilən COP28 zamanı təqdim olunub. Onun əsas məqsədi uşaqların və gənclərin iqlim fəaliyyəti məkanında, xüsusən də UNFCCC prosesi çərçivəsində daha mənalı və strukturlaşdırılmış şəkildə iştirakını təşviq etməkdir.

COP29 İqlim Dəyişmələri üzrə Yay Düşərgəsi iqlimə həssas yeni nəsil müəllimlərin formalaşmasına töhfə verərək, sinif otaqlarından cəmiyyətə yayılan təsir yaratmaq, ortaq təcrübələri paylaşmaq və daha yaşıl dünyaya keçidi təşviq etmək məqsədi daşıyır. COP29-un Gənclər üzrə İqlim Çempionunun missiyasını davam etdirən bu təşəbbüs iştirakçıları iqlim dəyişmələri, COP prosesi və dayanıqlılıq sahələrində zəruri bilik və bacarıqlarla təmin edərək məktəblərdə və icmalarda dayanıqlı dəyişikliklərə təkan verir. Eyni zamanda, tədbir “Greening Education Partnership” təşəbbüsünə töhfə verməklə yaşıl məktəblərin inkişafını dəstəkləyir. Avqustun 29-dək davam edəcək düşərgə gələcək nəsilləri iqlim fəaliyyətində aktiv iştirak etməyə ruhlandırmağı hədəfləyir.

Şamaxıda COP29 İqlim Dəyişmələri üzrə ikinci yay düşərgəsinin açılış mərasimi keçirilib - YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb