Şamaxıda karantin qaydalarını pozan “Play Station” zalı aşkarlanıb
Bakı, 18 fevral, AZƏRTAC
Şamaxıda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli fəaliyyət göstərən “Play Station” oyun zalı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakini Valeh Qurbanovun “Play Station” salonu işlətdiyi məlum olub. İcarədar və orada olan müştərilər polis şöbəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və onlar cərimələniblər.