SANİYƏDƏ 256 MİLYARD ƏMƏLİYYAT APARAN MİKROÇİP YARADILMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Yaponiya və Amerika alimləri son dərəcə güclü yeni mikroprosessorlar yaradaraq, dünya kompüter elmi və texnologiyasında inqilabi addım atmışlar. Müasir çiplər saniyədə 3,8 milyard əməliyyat apara bildiyi halda, “özək” (“cell”) adlanan bu mikroçipin imkanı 256 milyard həddindədir.
“Soni”, “Toshiba” və İBM korporasiyalarının birgə məhsulu olan mikroprosessor San-Fransiskoda keçirilən ümumdünya elmi konfransında təqdim edilmişdir. Yeni çip hesablama texnikasında texnoloji inqilab üçün şərait yaradaraq, “ağıllı” silahın və süni zəka sistemlərinin yeni nümunələrini yaratmağa imkan verəcəkdir. İBM artıq saniyədə 16 trilyon
əməliyyat gücündə yeni “özəklər” bloku qurmuşdur. Bu nəhəng potensial, əslində, kompüter texnikası üçün sonsuz imkanlar açır. “Özəy”in daha bir xüsusiyyəti 10 komandanı eyni vaxtda yerinə yetirməsidir, halbuki onun sələfləri eyni vaxtda yalnız iki komandanı yerinə yetirir. Yeni çipin dünya bazarına 2006-cı ildə çıxarılacağı nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]