Sankt-Peterburqun hava məkanı bağlanıb
Moskva, 28 fevral, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərinin hava məkanı müəyyən edilməmiş uçan obyekt aşkar edilməsi ilə əlaqədar bağlanıb.
AZƏRTAC xəbər verir ki, şəhər hökuməti “Pulkovo” aeroportunun saat 12-dək bağlı qalacağını bildirib.
Rusiya KİV-i şəhər üzərində qırıcı təyyarələrin qaldırıldığı barədə xəbərlər yayırlar. Hazırda “Pulkovo”ya enməli olan sərnişin təyyarələri havada dairə vurmalı olub.
Sankt-Peterburqda “Kovyor” planı elan edilib. Bu plan ölkə sərhədini qanunsuz keçən təyyarə və ya naməlum uçan obyekt müəyyən edildikdə elan olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]