Sankt-Peterburqun hava məkanı təlimlərə görə bağlanıb
Moskva, 28 fevral, AZƏRTAC
Rusiya Müdafiə Nazirliyi Sankt-Peterburq şəhərinin hava məkanının bağlanmasını hava hücumundan müdafiə qüvvələrinin təlimi ilə əlaqələndirib.
AZƏRTAC xəbər verir ki, nazirlik hava hücumundan müdafiə qüvvələri, hava hərəkətini idarə edən mülki orqanlar, güc strukturları ilə birlikdə təlim keçirdiyini bildirib. Təlim zamanı mümkün sərhəd pozucusunun aşkar edilməsi və tutulmasına dair plan həyata keçirilib. Təlimlərdə qırıcı təyyarələrdən istifadə olunub.
Xatırladaq ki, Sankt-Peterburqda bu gün hava məkanı təxminən yarım saatlıq bağlanıb. “Pulkovo” aeroportu sərnişin təyyarələrini qəbul etməyib. Şəhərdə “Kovyor” planı elan edilib. Bu plan ölkə sərhədini qanunsuz keçən təyyarə və ya naməlum uçan obyekt müəyyən edildikdə elan olunur.
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]