Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şanlı Qələbənin izi ilə - AZƏRTAC-ın Füzuli və Xocavənddən reportajı VİDEO

Çəkiliş qrupumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin martın 15-də səfər etdiyi ərazilərdə olub

Bakı, 18 mart, V.Qurbanoğlu, foto A.Quluzadə, AZƏRTAC

Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini şanlı Qələbə ilə başa çatdırdı. Böyük qələbədən qısa müddət keçməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərimizin bərpasına, bir sıra infrastruktur layihələrinin reallaşdırılmasına başlanılıb. İşğaldan azad olunmuş ərazilərə mütəmadi səfər edən dövlətimizin başçısı ermənilərin vəhşiliyinə məruz qalmış şəhər və kəndlərimizin bərpası istiqamətində tapşırıqlarını verir, önəmli layihələrin təməlini qoyur.

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın bu günlərdə səfər etdikləri Füzuli və Xocavənd rayonlarına martın 17-də media-tur təşkil olunub. AZƏRTAC-ın çəkiliş qrupu media-tur zamanı həmin ərazilərdə törədilmiş erməni vəhşiliklərini lentə alıb.

Başlanğıcını Zəfər yolundan götürən Füzuli-Hadrut avtomobil yolu

Jurnalistlərin ilk dayanacaq ünvanı Prezident İlham Əliyevin təməlini qoyduğu Füzuli-Hadrut avtomobil yolu oldu. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Füzuli-Hadrut avtomobil yolu başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir.

Uzunluğu 13 kilometr olacaq bu yolda dörd hərəkət zolağı salınacaq, körpülər inşa ediləcək. Bu yolun inşası başa çatdıqdan sonra ətrafdakı şəhər və qəsəbələr müasir standratlara uyğun bərpa oluncaq. Füzuli-Hadrut avtomobil yolu, eyni zamanda, bölgənin turizm imkanlarını da artıracaq.

Qıpçaq türklərinin Edilli kəndi

Erməni saxtakarlığı bu kənddən də yan keçməyib. Separatçılar kəndi erməniləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Xocavənd rayonuna aid olan Edilli kəndinin toponomiyasına diqqət yetirdikdə aydın olur ki, bu yaşayış məntəqəsinin ilk sakinləri Qıpçaq türkləri olub. Kəndin indiki adı da Qıpçaq türklərinin Ed tayfası ilə əlaqəlidir.

Edilli kəndinin sakini müəllim Qəhrəman Həsənov bildirir ki, bu kənd sonralar Qarabağ bəylərinin əsas mülklərindən olub. Sovet dövründə kənd əhalisinin böyük hissəsi azərbaycanlı ailələrdən ibarət idi. Onun sözlərinə görə, Edilliyə qonşu olan Axullu və Düdükçü kəndləri də daxil olmaqla, bu ərazidə az sayda erməni yaşayıb. 1980-ci illərin sonlarından etibarən Ermənistandan bu üç kəndə köç başlayıb.

Kənddə olduğumuz zaman diqqətimizi çəkən digər bir məqam yollara döşənən tikinti daşları oldu. Qəhrəman Həsənov deyir ki, bu daşlar və hasar kimi istifadə olunan darvazalar Füzuli və ona aid kəndlərdəki evlərdən erməni vandalları tərəfindən sökülən tikinti materiallarıdır.

Ordumuz tərəfindən məhv edilən qondarma rejimin "milli təhlükəsizlik xidmətinin başçısı" Kamo Aqacanyanın evi də Edilli kəndində olub.

Dünyanın ən qədim yaşayış məskənlərindən biri - Azıx mağarası

Sonra jurnalistlər Xocavənd rayonunun Azıx kəndi yaxınlığında yerləşən Azıx mağarasına gəldilər. Dəniz səviyyəsindən təxminən 1000 metr yüksəklikdə, Quruçay yatağında yerləşən Azıx mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Burada 1960-cı illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində qədim yaşayış izləri aşkar olunub.

Tarixçi alim Nazim Tapdıqoğlu ilə söhbət zamanı bildirdi ki, işğal illərində ermənilər Azıx mağarasında qanunsuz qazıntı işləri aparıb, tapılan arxeoloji materialları mənimsəyiblər. Mağaranın böyük hissəsi vandallar tərəfindən dağıdılıb. Düşmən mağaranın bəzi yerlərini uçurub və oradan silah anbarı kimi istifadə edib.

Prezident İlham Əliyev Azıxda olduğu zaman bildirib ki, “Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik”.

Mağara ilə tanışlıq jurnalistlərdə unudulmaz təəssürat yaratdı. Şübhə yoxdur ki, bu tarixi abidə Qarabağa səfər edəcək turistlərin də böyük marağına səbəb olacaq.

Qədim Tuğ kəndi

Dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən Xocavənd rayonun Tuğ kəndi Qarabağ Dizaq məlikliyinin mərkəzi olub. Kəndin yuxarı hissəsində Dizaq Məliyi mənşəcə alban olan Məlikyeqanın saray kompleksinin qalıqları mövcuddur. Saray kompleksi erməni vandalları tərəfindən dağıdılıb. Kənddəki Müqəddəs İohann kilsəsinin həyətində Dizaq məlikliyinin məlikləri dəfn edilib.

Qeyd edək ki, 13-cü əsrdə inşa edilən kilsə sovet dövründə klub kimi fəaliyyət göstərib. Sonradan mənfur qonşularımız bu kilsəni də erməniləşdirməyə çalışıblar. Tuğ kəndinin sakini Müşfiq Nəcəfov deyir ki, kəndin ilk və köklü ailələri məlikyeqanovlar, məlikaslanovlar və cahangirlilər olub. Hətta sovet dövründə də erməni ailələri Tuğda az sayda idi. Müşfiq Nəcəfovun sözlərinə görə, 1970-1980-ci illərdə Tuğ kəndində 270 azərbaycanlı ailəsi, çox az sayda da erməni olub.

Kənd sakini əlavə edib ki, 1989-1990-cı illərdən ermənilərin Ermənistandan Tuğ kəndinə köçürülməsinə başlanıldı. Köçüb gələnlər yerli ermənilər arasında məkrli təbliğat işləri apardılar. Bunun nəticəsi olaraq, Tuğda azərbaycanlı ailələrinə hücumlar təşkil olundu. Həmin hücumlar zamanı ermənilər həmsöhbətimiz Müşfiq Nəcəfovun evini də yandırıblar. Yerli azərbaycanlı əhaliyə kömək gəlmədiyi üçün onlar 1992-ci ilin əvvəlindən başlayaraq kənddən çıxmaq məcburiyyətində qaldılar.

Azərbaycan bayrağının qürurla dalğalandığı Hadrut qəsəbəsi

Media-tur çərçivəsində jurnalistlər sonuncu dayanacaq məntəqəsinə - Xocavənd rayonunun Hadrut qəsəbəsinə gəldilər. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev martın 15-də Hadrutda üçrəngli şanlı bayrağımızı qaldırıb. İndi Azərbaycan bayrağı burada qürurla dalğalanır.

Media nümayəndələri qəsəbədə sovet dövründə rayon partiya komitəsinin yerləşdiyi bina ilə tanış olub, habelə digər yerlərə baş çəkiblər.

1992-ci il oktyabrın 2-də işğal edilən Hadrut qəsəbəsi Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 28 il sonra - 2020-ci il oktyabrın 9-da düşməndən azad olunub.

Prezident İlham Əliyev martın 15-də Hadrutda olduğu zaman qəsəbənin azad edilməsi əməliyyatından danışarkən deyib: “Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti nəticəsində bu gün doğma Qarabağımızda üçrəngli bayrağımız dalğalanır və əbədi olaraq dalğalanacaq.

Şanlı Qələbənin izi ilə - AZƏRTAC-ın Füzuli və Xocavənddən reportajı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Keçmiş məcburi köçkün: Demişdim ki, mən Ağdama qonaq kimi yox, birdəfəlik qayıdanda gedəcəyəm

Laşa Abaşidze: Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətə başlaması bizim üçün qürurvericidir

Rubio: ABŞ və İran arasında razılaşmanın yekunlaşdırılması bir neçə gün çəkə bilər

Ağdam sakini: Ömrümüzün ən xoş, ən yaddaqalan günü məhz bu gündür

TƏBİB: WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib

Ağsuda faciəvi qəza: avtomobil çaya aşdı, ölənlər var

Keçmiş məcburi köçkün: Bizim hər zaman ən böyük arzumuz Qarabağımızın azad olunması idi

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Düşənbədə su ehtiyatları üzrə yüksəksəviyyəli beynəlxalq konfrans keçirilir

Naxçıvanda Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təqdim edilib

Qalapaqos sahillərində yeni növ göy osminoq aşkarlanıb

Ağdam şəhərinə növbəti köç yola salınıb

Rubio və Lavrov Ukrayna, İran və ABŞ-Rusiya münasibətləri barədə fikir mübadiləsi aparıblar

Beynəlxalq Muğam Mərkəzində Müstəqillik Gününə həsr olunmuş konsert təqdim olunacaq

Alimlər yaşlı insanlarda təzyiqi iki həftəyə azaltmağın sadə üsulunu açıqlayıblar

NBC: ABŞ silah ehtiyatlarını artırmaq üçün volfram mənbələri axtarır

ABŞ ordusu İranın cənubunda özünümüdafiə hücumları həyata keçirib

İsrailin Livandakı hücumlarında ölənlərin sayı 3185 nəfərə çatıb

Tramp İranda zənginləşdirilmiş uranla bağlı planını açıqlayıb

Çilidə 6,7 bal gücündə zəlzələ baş verib

SEPAH: Son 24 saatda Hörmüz boğazından 32 gəmi keçib

İsrail Livanda “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

Azərbaycanın Müstəqillik Günü: Tbilisidən fotoreportaj

“Tasnim”: Pezeşkian İranda internetə çıxışın bərpasını tapşırıb

ABŞ İrana Hörmüz boğazındakı minaların təmizlənməsi üçün 30 gün vaxt verməyi planlaşdırır

Şalva Papuaşvili: Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq daha da möhkəmlənir

Yazıçı-publisist Varis Yolçiyevin “İrəvanda xan qalmadı” adlı sənədli romanının təqdimat-müzakirəsi olub

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

“Caz ruhunda Balabanın səsi” Romada

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir

ŞKTC Prezidenti: Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur

“Milan” Alleqri ilə yollarını ayırıb

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Fransa ordusu üçün həlledici seçim: yerli sistemlər, yoxsa ABŞ-nin “HIMARS”ı?

Bu saata olan əsas xəbərlər

Düşənbədə su festivalı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

Rumıniyanın Prezidenti Nikuşor Dandan

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Fransa əhalisinin təxminən yarısı immiqrasiyanın təsirinə məruz qalıb

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibləri məlum olub

WUF13: Bakı qlobal urbanizasiya gündəliyinin mərkəzinə çevrildi - ŞƏRH

Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevdən

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

®  “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

® “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi

® “Rabitəbank” “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

® "AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan ediblər

AQTA: Gülçülük məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün fitosanitar tələblərə uyğunluq təmin edilməlidir

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

Moldova Respublikasının Prezidenti Maya Sandudan

Fransa istilik dalğası ilə üzləşib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

“Uzaq sahillərdə” sərgisi gənc rəssamların daxili dünyasını rənglərlə açır

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

WUF13 Azərbaycanın qlobal nüfuzunun güclənməsinə xidmət edən mühüm platforma oldu ŞƏRH

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

BDU-da IV respublika olimpiadası: tələbələr 5 fənn üzrə biliklərini sınayıblar

Berlində 30-cu Mədəniyyətlər Karnavalı coşqu ilə qeyd olunur

WUF13-ün Bakıda keçirilməsi beynəlxalq təşkilatların ölkəmizə etimadının göstəricisidir RƏY

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusuna növbəti tədris ili üçün 180 yer nəzərdə tutulur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Məişət zorakılığından zərər çəkmiş 16 nəfərə sosial reabilitasiya xidmətləri göstərilir

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Siyasi şərhçi: Qarabağdakı quruculuq WUF13-də postmünaqişə inkişaf modeli kimi diqqət çəkib

Azərbaycan nümayəndə heyəti Fransada regional seminarda iştirak edib

Akademik Rafael Hüseynov: Cavad Heyət Azərbaycanın həmişə iftixar duyduğu şəxsiyyətdir

Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub

Ədəbiyyat Muzeyində türkoloq-alim Cavad Heyətin xatirəsi anılıb

AQTA-nın sədri sahibkarlarla görüşəcək

Tural Gəncəliyev: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın böyük siyasi və diplomatik qələbəsidir

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimatı olub

Professor: Azərbaycan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi - ŞƏRH

Baş katib: Tanınmış futbolçuların minifutbolda çıxış etməsi Avropa çempionatının rəqabət səviyyəsini daha da artırır

Azərbaycanlı alim beynəlxalq simpoziumda Azərbaycanın kənd təsərrüfatı irsindən danışıb

Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq aparılıb

® “Birbank” və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0 faizdən başlayan ilkin ödənişlə avtomobil əldə edin

“Qarabağ” Toral Bayramovla yollarını ayırıb