ŞARM-ƏŞ-ŞEYXDƏKİ ZİRVƏ GÖRÜŞÜ YAXIN ŞƏRQDƏ SÜLH PLANININ GERÇƏKLƏŞDİRİLMƏSİNƏ İMKAN YARATMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbasın, İsrailin Baş naziri Ariel Şaronun, Misir Prezidenti Hüsni Mübarəkin və İordaniya kralı II Abdullanın iştirakı ilə Şarm-əş-Şeyxdə keçirilən regional zirvə görüşü ABŞ, Rusiya, BMT və Avropa Birliyinin vasitəçiliyi ilə hazırlanmış “yol xəritəsi” sülh planının həyata keçirilməsinə şərait yaratmışdır. Bunu Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musa bildirmişdir.
Onun sözlərinə görə, sülh yalnız “yol xəritəsi”nə və onun öhdəliklərinə ürəkdən əməl edilməsi sayəsində yarana bilər. Mahmud Abbasın və Ariel Şaronun bəyanatları onların niyyətlərinin ciddi olmasından xəbər verir.
Xatırladaq ki, Fələstin və İsrail liderləri fevralın 8-də zorakılığa son qoyulması barədə bəyanatlarla çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]