SAXTA ARAQ İSTEHSALÇISI YAXALANMIŞDIR
Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakının Əmircan qəsəbəsində yaşayan Zakir Quliyev kustar üsulla hazırlanmış 360 ədəd saxta “Aysberq” arağını 2 milyon 400 min manata Fərhad Bəbişova satarkən yaxalanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Zakir Quliyevin evinə baxış zamanı 15 çeşiddə 390 ədəd müxtəlif tutumlu Azərbaycan və Rusiya istehsalı olan spirtli içkilər, xeyli sayda aksiz markaları, qapaqlar və köməkçi materiallar aşkarlanaraq götürülmüşdür.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]