Sədr müavini: “Ötən il torpaqlardan istifadə sahəsində 8642 pozuntu halı müəyyən edilib”
Bakı, 30 yanvar, AZƏRTAC
2023-cü il ərzində torpaqlardan istifadəyə və onların mühafizəsinə dair dövlət nəzarəti həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransında məlumat verib.
Sədr müavini bildirib ki, 2023-cü ildə bu sahədə 17414 monitorinq keçirilib.
“Nəticədə 8642 pozuntu halları aşkar edilib. Qeyd edilən pozuntu hallarına torpaqların tikinti məqsədilə özbaşına zəbt edilməsi, torpaqların təyinatı üzrə istifadə edilməməsi, əkin sahələrinin yandırılması, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının zəbt edilməsi daxildir”, - deyə sədr müavinin əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]