ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ ƏLİLLƏRİ ÜÇÜN YAŞAYIŞ EVİ TİKİLİR
Göyçay şəhərində şəhid ailələri və Qarabağ əlilləri üçün 21 mənzilli yaşayış evi inşa edilir. Binanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə müsabiqədə qalib gəlmiş “Dolmen” MMC-in inşaat briqadası tikir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, üçmərtəbəli, hər biri iki otaqdan ibarət yaşayış binasının iyul ayında təhvil verilməsi nəzərdə tutulmuşdur. Hazırda obyektdə 25 nəfərədək inşaatçı çalışır.