Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidlərin xatirəsi metronun “20 Yanvar” stansiyasında və 20 Yanvar meydanında anılıb

Bakı, 20 yanvar, AZƏRTAC

Bu gün 20 Yanvar faciəsinin 28-ci ildönümü ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunmaqdadır. İllər ötsə də, şəhidlərimizə olan ümumxalq sevgisi tükənmir və xalqımız ölməz oğul və qızlarımızın xatirəsini böyük ehtiram hissi ilə anır. Məhz elə bu səbəbdən də hər il olduğu kimi, bu il də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Ahıl da, cavan da, uşaq da bu abidəni ziyarət etməyi özünə borc bilirdi. Abidənin yaxınlığında səslənən kədərli musiqinin qəlb göynədən ahəngində 28 illik ayrılığın ağrı-acısı boy verirdi. Ziyarətçilərin baxışlarından başımıza gətirilən bu faciənin günahkarlarına lənətlər oxunurdu. Əllərində tər çiçəklər tutmuş adamların baxışlarında həm də qürur, mübarizlik özünü büruzə verirdi.

AZƏRTAC xəbər verir ki, Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, paytaxt ictimaiyyətinin nümayəndələri faciənin 28-ci ildönümü ilə əlaqədar 20 Yanvar meydanındakı abidə kompleksinin önünə əklil qoyub, gül düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Ziyarətə gələnlər arasında faciənin baş verdiyi anı gözləri ilə görən insanlar da az deyildi. Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev 20 Yanvar dairəsində baş verənləri yaxşı xatırlayır. Deyir ki, o müdhiş gecədə qətlə yetirilənlərin çoxu məhz burada düşmən gülləsinə tuş gəlib: “Yanvarın 19-da gecə bu əraziyə çoxlu insan yığılmışdı. Gördük yuxarı tərəfdən tanklar insanlara doğru hərəkət edir. Respublika xəstəxanasının yanından insanlara atəş açmağa başladılar. Uşaq, cavan, ahıl demədən, hamıya atəş açırdılar. Ölən və yaralananların sayı çox idi. Biz onları sürüyə-sürüyə kənara çəkirdik. Rus əsgərləri heç kəsə rəhm etmirdilər. Olduqca dəhşətli bir mənzərə idi. Bunu təsəvvür etmək çox çətindir. Onlar 20 Yanvar günü insanları qətl etsələr də, azadlıq səsini boğa bilmədilər”.

O günləri böyük kədər hissi ilə anan həmsöhbətimiz deyir ki, ümummilli lider Heydər Əliyev 1990-cı ilin 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verməklə yanaşı, “20 Yanvar şəhidi” fəxri adı da təsis edib. Ulu öndər Heydər Əliyev bu faciənin qurbanlarının sosial müdafiəsini daim xüsusi diqqət mərkəzində saxlayırdı. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu dövrlərdə şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar imzalanıb. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bəhram Şeydayev deyib ki, hazırda şəhid ailələrinə və əlillərə dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir. Şəhid ailələri dövlət tərəfindən birdəfəlik müavinət və təqaüd alır, dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edilirlər. Şəhid ailələrinin və əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətimizin başçısının imzaladığı fərmanlar göstərilən diqqət və qayğının əyani təzahürüdür.

“Azərbaycan bizim vətənimiz, qürur mənbəyimizdir. Çalışırıq ki, övladlarımız da vətənpərvər ruhda tərbiyə alsınlar. Torpaqlarımızı işğaldan azad etmək üçün bizdə vətənpərvərlik ruhu daim yüksək olmalıdır”, - deyə Bəhram Şeydayev vurğulayıb.

Faciənin 28-ci ildönümü münasibətilə metronun “20 Yanvar” stansiyasında da bir dəqiqəlik sükut elan olunub. Stansiyada qərənfillərdən matəm kompozisiyası qurulub. Ölməz şəhidlərimizin mübarizə, mərdlik və Vətənə sevgi dolu ömür yollarını təcəssüm etdirən bu kompozisiya hər kəsi ayaq saxlamağa, faciə qurbanlarının xatirəsini anmağa səsləyirdi. Təsadüfi deyildi ki, metrodan istifadə edən insanlar bu kompozisiyanın qarşısında dayanır, şəhidlərin xatirəsinə hörmət və ehtiramlarını bildirirdilər.

O gün vəzifə borcunu yerinə yetirən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin veteran işçilərindən - təlimatçı-maşinist Fəxrəddin İbrahimov söyləyib: “Həmin gecə kollektiv olaraq söz verdik ki, səhərədək işləyək. Keçmiş sovet ordusu 20 Yanvar gecəsi daha çox qırğın törədə bilərdi. Biz metropoliten kollektivi olaraq bunun qarşısını müəyyən qədər aldıq. Yaralıları daşıdıq və onlara kömək etdik. Çünki insanlar atılan güllələrdən yayınmaq üçün sığınacaq yeri kimi Bakı metrosuna üz tuturdular. Demək olar ki, biz böyük risk bahasına da olsa, daha az vətəndaşımızın şəhid olmasının qarşını ala bildik”.

“Həmin gün Azərbaycan xalqı öz azadlıq və suverenliyini bərpa etmək üçün meydanlara çıxmışdı. Bu gün hamımız çox şadıq ki, itkilərimiz boşa getmədi və biz Azərbaycan kimi azad bir dövlətdə yaşayırıq. Bu müstəqilliyi və azadlığı neçə-neçə günahsız oğul və qızlarımızın qanı bahasına qazanmışıq. Ona görə Azərbaycanın müstəqilliyini, suverenliyini, istiqlaliyyətini qorumaq və respublikamızın daha da inkişaf etməsi üçün hamımız Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik”, - deyə Fəxrəddin İbrahimov vurğulayıb.

Metronun “20 Yanvar” stansiyasında həmsöhbət olduğumuz Bakıya şəhidlərimizi ziyarətə gələn şairə Zeynəb Dərbəndlinin dedikləri də maraq doğurmaya bilməzdir: “Mən hər il 20 Yanvar günü şəhidlərimizi ziyarət etmək üçün Dərbənddən Bakıya gəlirəm. 20 Yanvar hadisəsi bütün dünya azərbaycanlıları kimi, Dərbənddə yaşayan soydaşlarımız üçün də ağır və unudulmaz gündür. 28 il bundan əvvəl baş verən o qanlı faciə heç zaman unudulmayacaq. Həmin vaxtlar efir məkanı qapadıldığından Azərbaycandan heç bir məlumat ala, telefonla əlaqə saxlaya bilmədik. Bizim üçün çox çətin idi. Dərbənddə yaşasaq da, Azərbaycan həm də bizim vətənimizdir. Biz də azərbaycanlıyıq. Bakı ilə əlaqə saxlaya bilməməyimiz və eşitdiyimiz informasiyalar çox acı, üzücü idi. O günlərdə Dərbəndə yaşayan minlərlə azərbaycanlı Bakıda baş verənləri göz yaşı içərisində dinləyirdi”.

Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyən Zeynəb Dərbəndli deyib ki, Vətən uğrunda hər kəs öz bacardığını etməlidir. Mənim də bacardığım millətimizin ağrı, acısını yazıb gələcək nəsillərə çatdırmaqdır. 28 il bundan əvvəl Azərbaycanın azadlığı yolunda canını fəda etmiş insanlara şeirlər həsr etmişəm. İnanıram ki, bu şeirləri oxuyan hər kəs Azərbaycan xalqının başına gətirilən faciəni daha dərindən dərk edəcək.

Bu hadisələrin hər il xatırlanması və kütləvi tədbirlərlə qeyd olunması tam qətiyyətlə deməyə əsas verir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH