CƏMİYYƏT
Şəki rayon sakininin idarə etdiyi avtomobildən sənədləri olmayan tüfəng aşkarlanıb
Bakı, 12 avqust, AZƏRTAC
Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında Şəki rayon sakini O.Ramazanovun idarə etdiyi “VAZ-21214” markalı avtomobilə baxış keçiriblər. Avtomobildən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum edilmiş Ə.İbrahimova məxsus “KIA” markalı avtomobilə baxış zamanı ov bıçağı aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.