ŞƏKİ SƏRHƏD DƏSTƏSİNDƏ GƏNC ƏSGƏRLƏRİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 18-də Şəki sərhəd dəstəsində Dövlət Sərhəd Xidmətinin yaradılmasının 89-cu ildönümü və gənc əsgərlərin andiçmə mərasiminə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Mərasimi hərbi hissənin komandiri, polkovnik Araz Məmmədov açaraq, şəxsi heyəti və qonaqları əlamətdar gün münasibətilə təbrik etmiş, Vətənin müqəddəs sərhədlərinin keşiyində durmağın böyük şərəf olduğunu bildirmişdir.
Şəxsi heyət üzrə şöbə rəisinin müavini, polkovnik-leytenant Yaşar Atakişiyev, Şəki Şəhər İcra Hakimiyyətinın nümayəndəsi Rəfail Mənəfov Sərhəd Qoşunlarının formalaşması və inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, bu tarixi günün gənc əsgərlərin yaddaşına əbədi həkk olunacağını xüsusi vurğulamışlar.
Sonra Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyevin gənc əsgərlərə təbriki oxunmuş, xidmətdə fərqlənənlərə mükafatlar təqdim edilmişdir.
Təntənəli andiçmə mərasimindən sonra sərhədçilərin nümunəvi çıxışları olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]