MƏDƏNİYYƏT
Şəkidə "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək VİDEO
Bakı, 6 avqust, AZƏRTAC
Cari ilin avqustun 22-dən 26-dək Şəki şəhərində Azərbaycanda və Qafqazda ilk dəfə olaraq "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək.
Festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və "ALMUS Production" şirkətinin təşkilatçılığı ilə reallaşacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ritm ifaçıları iştirak edəcəklər.
Şəki şəhərindəki Yaşıl Teatrda təşkil olunacaq festivalın avqustun 22-də təntənəli açılış mərasimi keçiriləcək. Festival günlərində Özbəkistanı təmsil edən Abbos Kasimov və "Abbos" qrupu, İranın "Lian" qrupu, Türkiyəni təmsil edən Suat Borazan və "İstanbul Harem" qrupu və Azərbaycan təmsilçisi "Natiq ritm" qrupunun konsertləri olacaq.
Bundan başqa 23, 24, 25 və 26 avqust tarixlərində Şəki şəhərindəki Karvansarayda Natiq Şirinov, Abbos Kasimov, "Lian" qrupu və Suat Borazanın ustad dərsləri keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]