CƏMİYYƏT
Şəkidə atasını öldürən oğula qarşı cinayət işi başlanıb
Bakı, 14 may, AZƏRTAC
Mayın 13-ü Şəki rayon sakini 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla 1998-ci il təvəllüdlü Katıf Gülməmmədlinin mayın 5-də aralarında yaranmış mübahisə zamanı atası İsmayıl Gülüyevi boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı mayın 14-də Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Katıf Gülməmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:23]
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
- 04.05.2024 [15:07]
Tovuzda zəlzələ olub
- 04.05.2024 [14:08]