CƏMİYYƏT
Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayon sakinlərinin müraciətləri dinlənilib
![](/files/galleryphoto/2023/2/1200x630/16863184384859348887_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16863184385820921606_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16863184381100137755_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686318438376823785_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16863184384055625136_1200x630.jpg)
Bakı, 9 iyun, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyunun 9-da Şəmkir Gənclər Evində vətəndaşlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Şəmkir rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayon sakinlərinin görüşü zamanı aliment ödənişi, işlə təmin olunma, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, boşanma nəticəsində yaranan hüquqi problemlərin həlli və digər məsələlər üzrə müraciətlərə baxılıb.
Görüşdə iştirak edən vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, bir hissəsi yerindəcə həll edilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.