ŞƏMKİRLİLƏR GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZA DAİM DİQQƏT GÖSTƏRİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ölkəmizin başçısı İlham Əliyevin tapşırığı ilə Şəmkir rayon İcra Hakimiyyəti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həllinə daim diqqət və qayğı göstəri. Bu günlərdə şəmkirlilər yenə də qonşu respublikadakı Azərbaycan Mədəniyyət Mərkəzində və Azərbaycan dilində çıxan “Gürcüstan” qəzeti redaksiyasında olmuş, hər iki kollektivə maddi yardım etmişlər. Sonra Tbilisidəki 64 saylı məktəbdə təhsil alan azərbaycanlı şagirdlərə əyani vəsaitlər və tədris ləvazimatı vermişlər. Keçirilən görüşlərdə çıxış edən soydaşlarımız, onlara daim diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.