ŞƏMKİRLİLƏR GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZA DAİM DİQQƏT GÖSTƏRİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ölkəmizin başçısı İlham Əliyevin tapşırığı ilə Şəmkir Rayonu İcra Hakimiyyəti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həllinə daim diqqət və qayğı göstərir. Bu günlərdə şəmkirlilər yenə də qonşu ölkədə Azərbaycan Mədəniyyət Mərkəzində və Azərbaycan dilində çıxan “Gürcüstan” qəzeti redaksiyasında olmuş, hər iki kollektivə maddi yardım etmişlər. Sonra onlar Tbilisidəki 64 nömrəli məktəbdə təhsil alan azərbaycanlı şagirdlərə əyani vəsaitlər və tədris ləvazimatı vermişlər. Keçirilən görüşlərdə çıxış edən soydaşlarımız, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.