“Sən supersən” layihəsinin iştirakçısı Namiq Cəbrayılov təəssüratlarını bölüşəcək
Bakı, 3 may, AZƏRTAC
NTV telekanalı ilə “Sputnik” İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan “Sən supersən!” Beynəlxalq Vokal Müsabiqəsində Azərbaycan təmsilçisi Namiq Cəbrayılov iştirakını başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, mayın 4-də “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində layihədə iştirakı ilə bağlı Namiq Cəbrayılov təəssüratlarını jurnalistlər və qonaqlarla bölüşəcək.
Qeyd edək ki, fevralın 10-dan start götürən müsabiqədə valideyn qayğısından məhrum olan istedadlı uşaqlar - uşaq evlərinin, internat-məktəblərin yetirmələri, eləcə də ayrı-ayrı ailələr tərəfindən övladlığa götürülmüş uşaqlar iştirak edir.
Müsabiqədə keçmiş SSRİ-nin müxtəlif ölkələrindən olan gənc istedadlar bu ədalətli və xeyirxah mahnı müsabiqəsində öz yaşıdları arasında ən yaxşı adını qazanmaq uğrunda mübarizə aparmaq imkanı əldə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]