Sənin əlindədir dərman, ay həkim…
Bakı, 17 may, AZƏRTAC
Paytaxtın Nizami rayonundakı kimya-biologiya təmayüllü liseydə “Azərbaycanın məşhur həkimləri” mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə 17 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Həmidə Ələfsərova Azərbaycan səhiyyəsində əvəzsiz xidmətləri olmuş tibb nümayəndələri barəsində geniş məruzə ilə çıxış edib.
H.Ələfsərova məruzəsində görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyev və oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan, akademik Zərifə xanım Əliyevanın əmək fəaliyyətləri haqqında iştirakçılara məlumat verib. Həkim, eləcə də məşhur cərrah Mustafa Topçubaşov, pediatriya elminin banisi, Əməkdar Elm Xadimi, professor Əbülfəz Qarayev, anatomiya elminin banisi Kamil Balakişiyev və Əməkdar Elm Xadimi, professor Tamerlan Əliyevin səhiyyə sahəsindəki fəaliyyətləri haqqında danışıb.
Tədbirdə iştirak edənlər mövzu ilə əlaqədar öz fikirlərini bildirib, həkim olmaq arzusunda olan şagirdlərə uğurlar arzulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]