Sentyabrın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-16°, gündüz 19-23°, Bakıda gecə 14-16°, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 6-11°, gündüz 20-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Gündüz əsasən yağmursuz olacaqdır. Lakin gecə və axşam arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 11-16°, gündüz 19-24° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 14-17°, gündüz 19-24° isti, dağlarda gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.