Sərbəst güləşçilər IV İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qoşulublar
Bakı, 19 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC
Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, yarışların üçüncü günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Sərbəst güləşçilərin ilk yarış günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Mahir Əmiraslanov kamerunlu Tambi Nforsong, Məhəmməd Müslümov (65 kq) Cumba Mabali (Qvineya-Bisau), Cəbrayıl Həsənov İran təmsilçisi Peyman Yarahmadi, Nurməhəmməd Hacıyev (97 kq) isə türkmənistanlı Yusup Melejayev (TKM) ilə qarşılaşacaqlar.