Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Boris Tadiçə
Hörmətli cənab Prezident,
Serbiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı yolunda səylərimiz bundan sonra da əlaqələrimizin hərtərəfli genişlənməsinə, dostluq və əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 yanvar 2012-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]