Serbiyada keçirilən Avropa birinciliyində yeniyetmə və gənc qılıncoynadanlarımız çıxışlarını başa vurublar
Bakı, 6 mart, AZƏRTAC
Qılıncoynadanlarımız Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışlarını başa vurublar.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yeniyetmə qız şpaqaçıların komanda yarışında Nazilə Rəhimova, Xədicə Həsənli və Alfiyə Abdinovadan ibarət kollektiv ilk görüşündə Şimali Makedoniya yığmasına 45:26 hesabı ilə qalib gəlib.
Ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada İsraili təmsil edən seçmə kollektivə 42:43 hesabı ilə uduzan şpaqaçılarımız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Türkiyə millisinə (32:36) uduzsa da, Estoniya yığmasına (44:43) qalib gəlib.
Yeniyetmə şpaqaçılarımız son görüşündə Rumıniya komandasına 42:45 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]