Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərəfli ömür yolu və zəngin yaradıcılıq

Şərəfli ömür yolu və zəngin yaradıcılıq

Bakı, 26 aprel, AZƏRTAC

Böyük elm, incəsənət xadimlərinin bəşəriyyətə bəxş etdiyi əsərləri kimi, onların xatirəsi də xalqın mənəvi dəyəri, incisidir. Azərbaycan elm və incəsənətinin hansı sahəsinə nəzər salsaq, xalqımızın böyük şəxsiyyətləri və onların yaratdığı elm və sənət nümunələri ilə rastlaşarıq. Azərbaycan tibb elminin inkişafından söz düşəndə ilk olaraq insanın gözü önündə canlanan alimlərdən biri görkəmli oftalmoloq, pedaqoq, akademik Zərifə Əliyevadır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Konstitusiya Məhkəməsinin hakimi Humay Əfəndiyevanın görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar yazdığı “Şərəfli ömür yolu və zəngin yaradıcılıq” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Zərifə xanımın atası Əziz Əliyev görkəmli təşkilatçı, dövlət və elm xadimi kimi böyük nüfuza malik idi. 1998-ci ildə Əziz Əliyevin anadan olmasının 100 illik yubiley tədbirində çıxış edən Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox görkəmli xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər”.

Bu mənada Zərifə xanımın doğulub boya-başa çatdığı mühit onun şəxsiyyətinin formalaşmasını, mənəvi zənginliyə və geniş dünyagörüşünə malik xanım olmasını şərtləndirmiş, gələcək taleyini müəyyən etmişdi.

Atasının yolunu davam etdirmək qərarına gələn Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirmiş, yüksək ixtisaslı və nüfuzlu həkim-oftalmoloq ixtisasına yiyələnmişdi.

Bütün bunlar olduqca mürəkkəb və çətin şəraitdə baş verirdi. Stalin dövrünün siyasi damğaları çox ağır nəticələr verirdi. 1940-cı illərdə - ağır müharibə illərində və müharibədən sonrakı quruculuq dövründə Əziz Əliyev çoxmillətli Dağıstan Respublikasında rəhbərlik edirdi. Onun böyük quruculuq fəaliyyəti, qayğıkeşliyi, mədəniyyətin və maarifin inkişafındakı çox əhəmiyyətli xidmətləri bu gün də Dağıstan xalqı tərəfindən yüksək qiymətləndirilir və unudulmur. Ancaq Azərbaycana qayıtdıqdan sonra - 1940-cı illərin sonu-1950-ci illərin əvvəllərində Əziz Əliyev siyasi qısqanclıq nəticəsində ədalətsiz siyasi ittihamlarla üzləşmişdi.

O dövrdə nəinki siyasi ittihama məruz qalmış şəxslə, hətta onun ailə üzvləri ilə münasibətdə olmaq, əlaqə saxlamaq cəsarət və mərdlik tələb edirdi, çünki həmin adamların özləri də siyasi təqiblərə məruz qalırdı. Ancaq o dövrün bu qorxulu səciyyəsi də Heydər Əliyevlə Zərifə xanımın məhəbbəti qarşısında aciz idi. Gələcək karyerasına yarana biləcək maneələrə, təzyiqlərə baxmayaraq, Heydər Əliyev və Zərifə xanım xoşbəxt və nümunəvi ailə həyatı qurdu.

Zərifə xanımın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söylədiyi nitqdə deyirdi: “Zərifə xanım böyük lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər, əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının, əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin - birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.

Təbiətcə zəhmətkeş insan olan Zərifə xanım həyat yoldaşının yüksək vəzifələrdə çalışmasına baxmayaraq, həmişə işləyirdi, çünki insanlar üçün, cəmiyyət üçün əlindən gələni etmək onun təbiətinin, mənəvi dünyasının ifadəsi idi. Bu fəaliyyətinin nəticəsində o, minlərlə insana nur bəxş etmişdi. Praktiki fəaliyyəti ilə bərabər Zərifə xanım ciddi elmi tədqiqatlar aparırdı və 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını, sonralar isə dünyada məşhur oftalmologiya mərkəzi olan H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını böyük uğurla müdafiə etmişdi.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən nüfuzlu mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. O, bu böyük mükafata layiq görülmüş ilk qadın idi.

Ümumiyyətlə, Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə nəzər salanda bu fəaliyyətin həcmi, onun tibb ictimaiyyəti arasındakı nüfuzu insanı heyrətləndirir. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.Krasnov xatirələrində bunları yazmışdır: “Zərifə Əliyeva tibb elmi sahəsində elə tədqiqatlar aparırdı ki, fikrimcə, vəziyyət hətta paradoksal idi… Bizim zəmanədə səmərəli tam əmək fəaliyyəti üçün görmə qabiliyyətinin nəinki yaxşı olması vacibdir, buna olan tələbat da ildən ilə artır. Bununla belə, indiyə qədər həmin mövzuya həsr edilmiş, ümumiləşdirilmiş elmi əsər yoxdur. Zərifə Əzizovna kimi sosial həssaslığa malik olmaq lazım idi ki, öz istedadını belə çətin, mürəkkəb və xeyirxah, eyni zamanda, heç də həmişə layiqincə qiymətləndirilməyən bir məsələnin həllinə həsr edəsən”.

Zərifə xanım bir çox elmi məqalələrin, monoqrafiyaların müəllifi idi. Ancaq onun elmi yaradıcılığında, istedadlı və səmimi bir publisist qələmi də var idi. Onun həkim etikası və məsuliyyəti haqqında səriştəli surətdə söylədiyi fikirlər yalnız həmkarları üçün yox, geniş oxucu kütləsi üçün də çox maraqlı olurdu.

Bu mənada Zərifə xanımın “Həkimin yüksək vəzifəsi” monoqrafiyası yüksək ixtisaslı həkim-alim tədqiqatlarının elmi nəticəsi olmaqla bərabər, həm də mənəvi zənginliyin, insan və həyat haqqında düşüncələrin, sırf insani baxımdan xeyirxahlığın, xoşməramlı olmağın nəticəsi idi.

Zərifə xanım həmişə xüsusilə vurğulayırdı ki, həkimlə xəstənin etibara əsaslanan birbaşa əlaqəsi müalicənin əhəmiyyətini artırır, xəstədə ümid yaradır, immuniteti yüksəldir və bəzən dərmandan da güclü təsir göstərir.

Ümumiyyətlə, onun elmi yaradıcılığı ilə insani xüsusiyyətləri həmişə qoşa olmuşdu. O, həkim ilə pasiyentin kommunikasiya üsul və qaydaları üzərində işləmiş, belə qarşılıqlı münasibətlərin diaqnostika və müalicə prosesində mühüm rola malik olmasını daim qeyd etmiş, tibb işçilərinin savadı ilə yanaşı, mənəvi-əxlaqi xüsusiyyətlərinin də nə qədər vacib olduğunu həm elmi, həm də insani cəhətdən izah etmişdi. Zərifə xanımın fikrinə görə, “həkim xəstənin ən doğma adamıdır”, çünki həkim ilə xəstə arasındakı münasibətlər olduqca həssas, etibara və ümidə əsaslanan münasibətlərdir.

Ümumiyyətlə, Zərifə xanımın həkim-xəstə münasibətləri haqqında araşdırmaları ilə hətta tibb sahəsində çalışmayan oxucuların tanış olması belə kifayətdir ki, onun nə qədər yüksək ideallara inandığını, həmin ideallara qulluq etdiyini, nə qədər mehriban və incə qəlbli bir insan olduğunu anlayasan.

Zərifə xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanda bütöv bir nəsil oftalmoloq yetişmişdir. Təsadüfi deyil ki, bu gün də Azərbaycanda ən çox inkişaf etmiş və daim inkişafda olan tibb sahələrindən biri məhz oftalmologiyadır. Fenomenal biliyi və parlaq istedadı, məhz öz zəhməti sayəsində bütün Sovet İttifaqında məşhur professor, akademik Zərifə xanım elmi zirvələri bir-birinin ardınca fəth etmişdi.

Zərifə xanım Əliyevanın şəxsiyyəti və fəaliyyəti 1920-1930-cu illərdə Cəfər Cabbarlının teatr səhnəsində yaratdığı Almasların, Sevillərin XX əsrin 60-70-80-ci illərində artıq səhnədə deyil, həyatda hansı yüksəkliyə qalxdığını göstərən ən parlaq nümunədir.

Onun təməlini qoyduğu elmi istiqamətlər və yaratdığı elmi məktəb müasir Azərbaycan milli tibb elminin özüllərindən biri sayılır.

Zərifə xanım haqqında xatirələri oxuduqca, bir daha əmin olursan ki, o, çox nadir bir insan olub. Elə nadir bir insan ki, şəxsiyyət və alim kimi hətta qısqanclıq edənlər tərəfindən də qəbul olunurdu.

Ulu Öndər Heydər Əliyevə paxıllıq edən, ona qibtəsini gizlədə bilməyən, həsəd aparan Mixail Qorbaçov da müsahibələrindən birində Zərifə xanımın necə nəzakətli, kübar bir xanım olduğunu dilə gətirir.

Zərifə xanım insanların yalnız gözünə şəfa vermirdi, onun xeyirxahlığı, insanpərvərliyi, həkim nəvazişi həmin insanlara mənən dayaq olurdu. Təsadüfi deyil ki, Zərifə xanımın iş yoldaşları xatirələrində onun insani keyfiyyətlərini - xeyirxahlığını, mehribanlığını, humanizmini daim qeyd edirdi.

Məşhur pediatr, professor Ədilə Namazova Zərifə xanım haqqında xatirələrində belə deyir: “Zərifə xanım daxilən çox gözəl, məzmunlu insan idi. Onunla görüşəndə elə bilirdin ki, ən yaxın və əziz insanınla görüşürsən. O, adama elə bir münasibət göstərirdi ki, bütün ürəyini ona aça bilirdin. O, insanın qayğısına qalırdı. Öz övladlarını böyüdəndə onun necə nümunəvi ana olmasının şahidi olmuşam. Sonra da nümunəvi nənə oldu. Zərifə xanım övladlarının hər bir uğurunu görəndə sevincinin həddi-hüdudu olmurdu. O, övladlarının uğurları ilə yaşayırdı. Zərifə xanım həyat yoldaşına sadiq insan idi, ona mənəvi dayaq olurdu. O, ətrafındakı bütün insanlara kömək edirdi, problemlərinin həllinə çalışırdı. İşlədiyi kollektivdə də gənc həkimlərin pənahı idi. Zərifə xanım bütün həyatını, fəaliyyətini tibb elminin inkişafına həsr edib. Azərbaycan oftalmologiyasının əsl fədaisi olaraq, dünyada onun tanınmasında həlledici rol oynayıb. Görkəmli alim, yüksək insani keyfiyyətlərə malik olan, böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran akademik Zərifə xanım Əliyevanın əvəzsiz xidmətlərini hər zaman qeyd etmək lazımdır…”

Zərifə xanımın iş yoldaşları və tələbələri hər zaman onun nə qədər gözəl zövqə malik olduğunu da xüsusi qeyd edirlər. Onların xatirələrinə görə, Zərifə xanım hətta laboratoriya, palata və iş otağını da özü zövqlə qaydaya salır, orada gözəl ab-hava, xoş əhvali-ruhiyyə yaradırdı. Bunların hamısını o, həmin məkana gələn xəstələrin özlərini daha rahat hiss etmələri üçün edirdi.

Zərifə xanım haqqında xatirələri yalnız Azərbaycanda onu tanıyanlar, onunla bir yerdə çalışanlar söyləmirdi. Onun şəxsiyyətinin və elmi yaradıcılığının qiymətləndirilməsi, onun sırf insani keyfiyyətlərinin emosional təsiri Azərbaycanın hüdudlarını aşmışdır. Akademik A.Nesterov Zərifə xanım haqqında deyirdi ki, “O çox nadir mənəviyyata malik, olduqca təvazökar insanlardan idi. Müsahiblərini dinləməyi bacarırdı, onların problemlərini ürəyinə salıb, öz problemlərindən ayırmırdı. İnanılmaz qədər insanpərvər idi. Gözəl həyat yoldaşı və gözəl ana idi. Ailəsini nə qədər sevdiyini sözlərlə ifadə etmək mümkün deyil”.

Bəli Zərifə xanım Əliyeva, ilk növbədə, fədakar ömür-gün yoldaşı, fədakar ana idi.

Ulu Öndərin gənclik illərində çətin günləri az olmamışdı. Sonralar artıq böyük dövlət xadimi olduğu dövrdə də Heydər Əliyev namərdliklə, etibarsızlıqla, dönüklüklə az rastlaşmamışdı. Vaxtilə ötəri bir salamı ilə fəxr edənlər, qürurlananlar ona qarşı çıxmışdı. Zərifə xanım belə anlarda Ulu Öndərə mənəvi dəstək, mənəvi güc verirdi.

Ümummilli Lider deyirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Heydər Əliyevin yüksək statusu Zərifə xanımın üzərinə daha böyük məsuliyyət qoyurdu. Bu incə, zərif xanımın inanılmaz daxili gücü var idi, o, hər şey üçün zaman və güc tapırdı.

Zərifə xanım Heydər Əliyevin ən sədaqətli dostu, ən etibarlı məsləhətçisi idi. Hətta qızları Sevil xanım Əliyeva deyir ki, atası Heydər Əliyev etiraf etmişdi: Zərifə xanıma rast gəlməsəydi, ailə qurmayacaqdı.

Mən Sevil xanımın Xalq şairi Fikrət Qocanın sözlərinə yazılmış məşhur “Ana” elegiyasını xatırlayıram. Bu qəmli nəğmə o qədər dərin bir kədərin səmimi ifadəsidir ki, onu həyəcansız dinləmək mümkün deyil. Müslüm Maqomayevin ifasında bu hüznlü nəğmə Zərifə xanımla bərabər onun timsalında, onun nümunəsində bütün analara həsr edilmiş bir elegiya təsiri bağışlayır.

Bəzən televiziya ilə göstərilən bir epizodda Heydər Əliyevin necə dərin bir kədərlə bu nəğməni dinləməsinin şahidi oluruq. Ulu Öndərin bu kədəri məhəbbətlə, sevgi ilə yaşanılmış bir ömrün unudulmazlığından xəbər verir.

Zərifə xanım amansız xəstəliklə iki il mübarizə apardı. Lakin çəkdiyi əziyyətlərə baxmayaraq O, həmin gülərüz, hər zaman yardım əlini uzatmağa hazır olan, insanpərvər Zərifə xanım olaraq qalırdı. Akademik M.Krasnov Zərifə xanımın ömrünün son aylarını belə xatırlayırdı: “Müalicə çox çətin və əzablı idi. İnsanı nəinki fiziki, mənəvi də sarsıdırdı. Lakin Zərifə xanım heç vaxt şikayət etmirdi. Son anına qədər gələcək planlar qururdu... 1984-cü ildə Tibb işçisi günü qeyd edilirdi. Zərifə xanım ağır xəstəliklə mübarizə etdiyi vaxtlar idi, lakin xəstəliyin müalicəsi olmayan olduğunu bilənlərin sayı az idi. Mən prezidiumda əyləşmişdim. Birdən zalda onun ən sevimli professor həmkarlarından biri ilə bərabər əyləşdiyini gördüm. Onlar danışıb-gülür, söhbətlərindən həzz alırdılar. Zərifə xanım bu gücü, bu həyat eşqini haradan alırdı? Vəfatından iki həftə öncə işgüzar ezamiyyətə getməyi planlaşdırırdı. Deyirdi ki, “aspirantlarıma kömək etməliyəm”.

Həyatın amansız qanunları var. Bu amansızlıq Zərifə xanımı 62 yaşında həyatdan aparsa da, onun parlaq obrazının xatirələrdə yaşamasına mane ola bilmədi. O xatirələrdə hələ də canlıdır.

Ulu Öndər ağır bir zamanda xalqın tələbi ilə yenidən Azərbaycana rəhbər kimi gəldikdən sonra Zərifə xanımın cənazəsi Bakıya gətirildi, doğma Vətəndə atası və qardaşı ilə yanaşı dəfn edildi. Bu, onların mənəvi birliyinin, ruhən ayrılmazlıqlarının təzahürü idi...

Zərifə xanım özünə xas gözəl xüsusiyyətləri övladlarına da ötürüb. O, Ümummilli Lider Heydər Əliyevin nümunəvi həyat yoldaşı, otuzillik Qarabağ nisgilinə son qoymuş Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır. İlham Əliyevin Vətən sevgisi, siyasi uzaqgörənliyi, iradəsi - bu yüksək keyfiyyətlərin hamısı məhz Heydər Əliyevin və Zərifə xanımın yaratdığı ailə mühitindən, eləcə də genetikadan irəli gəlir.

Zərifə xanım bu dünyanı çox tez tərk etsə də, onun həm elmi, həm də insani keyfiyyətləri ilə bağlı işıqlı ənənələri yaşayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi verdiyi dəstəyin nəticəsində Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının fəaliyyəti təmin olunub, Zərifə xanım Əliyevanın arzuları gerçəkliyə çevrilib. Bu gün Milli Oftalmologiya Mərkəzi regionun ən nüfuzlu və böyük müayinə, müalicə və müasir cərrahiyyə mərkəzidir.

Zərifə xanımın şərəfli həyatı və zəngin yaradıcılığı Azərbaycan qadınının həm bir alim və elm təşkilatçısı, həm sədaqətli və sevimli bir həyat yoldaşı, həm də böyük qəlbli bir ana kimi fəxr edici bir örnəkdir. Bu gün Qərbdə də, Şərqdə də qadın hüquqlarından, gender problemlərindən çox danışılır, tələb edilir, arzu və istəklər bildirilir.

Onun həyatı və yaradıcılığı, fəaliyyəti bir-birini tamamlayırdı, vəhdət təşkil edirdi. Bu vəhdət Zərifə Əliyevanın vəfatından keçən onilliklərdən sonra da qadın hüquqlarının, gender problemlərinin həllinə aparan yolda mənəvi bir mayakdır. Bu mənəvi mayakın işığı heç vaxt sönməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb