Sərəncam: Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 16,5 milyon manat ayrılıb
Bakı, 23 mart, AZƏRTAC
Prezident İlham Əliyev martın 23-də “Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 16,5 milyon manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [12:27]
Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [12:16]