SƏRNİŞİN HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, Göyçay şəhərinin Nizami küçəsində Çaxırlı kənd sakini Vahid Məmmədov “VAZ-21011” markalı avtomaşını idarə edərkən İsmayıl Məmmədovu vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Sabirabad rayonunun Xankeçən kəndi ərazisində Muğan Gəncəli kənd sakini Mirağa Mirişov “VAZ-2106” markalı avtomaşınla Xankeçən kənd sakini Yusif Babayevi vurmuşdur. Nəticədə, Y.Babayev hadisə yerində keçinmişdir.