“Şərq araşdırmaları” elmi-nəzəri jurnalının üçüncü nömrəsi çapdan çıxıb
Bakı, 19 oktyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının üçüncü nömrəsi işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, jurnalda filologiya, tarix, siyasi elmlər, fəlsəfə sahələrinə aid 23 elmi məqalə dərc olunub. Bu sırada “Nizami Gəncəvi yaradıcılığının ədəbi təsir dairəsi”, “Bədr Şirvani yaradıcılığında qəzəl”, “Orta əsrlərdə Türkiyədə yaşayan Azərbaycan əsilli alimlər”, “Postsovet məkanında Asiya regionu və Azərbaycan”, “Orta əsr ərəb-fars mənbələrində Azərbaycan əhalisinin etnik mənşəyi”, “XVI əsr Osmanlı əlyazmalarında Türkiyənin hərbi-siyasi tarixi”, “Qərb və Şərq sivilizasiyalarının qarşılıqlı fəaliyyətinin (müasir dünyada) kulturoloji xüsusiyyətləri” və s. məqalələri qeyd etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]