CƏMİYYƏT
Səyavuş Heydərov: Azərbaycanda dinlərarası harmoniya ən yüksək səviyyədədir
![Səyavuş Heydərov: Azərbaycanda dinlərarası harmoniya ən yüksək səviyyədədir](/files/2024/2/1200x630/17180104784192136640_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
Bu gün Azərbaycanda dinlərarası harmoniya ən yüksək səviyyədədir. Bu, dünyada analoqu olmayan ən yüksək formadadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfransda çıxışında deyib.
O bildirib ki, ölkəmiz buna bir günə nail olmayıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Qarabağ müharibəsi zamanı da biz bu harmoniyanın hansı səviyyədə olduğunu gördük. Biz bu harmoniyanı dünyaya ixrac etməliyik.
“Deyirlər ki, sivilizasiyaların toqquşması labüddür. Necə edə bilərik ki, sivilizasiyalar toqquşmasın, qovuşsun, təkamül, inkişaf üçün bir-birinə dəstək versin. Biz xəstə dünyamızın sağalması üçün yol xəritəsinin müəyyənləşdirilməsinə çalışmalıyıq”, - deyə komitə sədrinin müavini vurğulayıb.