İDMAN
Silahlı Qüvvələr Gününə həsr olunmuş şahmat turniri təşkil edilib
Bakı, 24 iyun, AZƏRTAC
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Ev” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş şahmat turniri keçirilib.
Binəqədi Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, şahmat turnirinin nəticəsinə əsasən birinci yeri “Mübariz” komandası, ikinci yeri “İstiqlal” komandası, üçüncü yeri “Şahinlər” komandası tutublar.
Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirib.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova iştirak edib.