Şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağıb
Qax, 20 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın şimal-qərb rayonlarında bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Qax rayonunda da çiskinli və yağmurlu hava şəraiti davam edir. Noyabrın 20-də gecə saatlarında rayonun İlisu və Sarıbaş kəndlərində dağlara sulu qar və qar yağıb. Evlərin damlarında da az miqdarda qar müşahidə olunur.