İQTİSADİYYAT
Şirkət rəhbəri: COP29-da yüksək səmərəli İT həllər təqdim ediləcəyini düşünürəm VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
“Fominov Konsalting” sistem inteqratoru və tərtibatçı şirkətdir. Biz 10 ildir ki, Azərbaycanda informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyət göstəririk. Müştərilərimizə birinci sinif korporativ həllər, avadanlıq və xidmətlər təklif edirik.
Bu barədə AZƏRTAC-a müsahibəsində COP29-un Yaşıl Zonasındakı sərgi pavilyonunda təmsil olunan “Fominov Konsalting” şirkətinin direktoru Yuri Fominov deyib.
“İnnovasiyalar və effektivlik şirkətimizin əsas hədəfləridir. Bu əsas siyasət amilləri ən yaxşı səviyyədə müştəri məmnuniyyətinin əldə olunmasını və biznesin davamlı inkişaf dinamikasını təmin edir. Həmçinin məqsədimiz, kiçik çapda məlumatların əksəriyyətini yerləşdirə bilən, məlumat saxlama şirkəti olan tərəfdaşımız Amerikanın Pure Storage ilə birlikdə enerji qənaətli həlli təmin edən işlər görməkdir. COP29-da yüksək səmərəli İT həllər təqdim ediləcəyini düşünürəm”, - deyə şirkət rəhbəri əlavə edib.