REGİONLAR
Şirvanda mikroavtobus və iki minik maşını toqquşub, 3 nəfər yaralanıb





Şirvan, 31 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı mikroavtobus və iki minik maşını toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza günorta saatlarında Şirvan şəhəri Çılpaqlı qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə zamanı "Mercedes Sprinter" markalı mikroavtobus, "VAZ 2106" və "Renault Logan" markalı minik maşınları toqquşub. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Mirzəyev Şahin Ərəbxan oğlu, 1967-ci il təvəllüdlü Əliyev Rasim Qüdrət oğlu, 1966-cı il təvəllüdlü Hümbətov Rauf Kamil oğlu xəsarət alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.