Slovakiya Milli Bankı ilə institusional əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Slovakiya Milli Bankının sədri Peter Kazımirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı kapital bazarları və sığorta sektorunun tənzimlənməsi, nəzarət çərçivələrinin müasirləşdirilməsi, maliyyə sabitliyinin təmin olunması, maliyyə savadlılığının artırılması, eləcə də rəqəmsal dələduzluqla mübarizə və istehlakçı hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğu vurğulanıb.
Görüşdə, həmçinin qurumlar arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçiriləcək təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.