RƏSMİ XRONİKA
Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviçdən
Zati-aliləri,
Ölkənizin dövlət bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edin. Sizə və Azərbaycan vətəndaşlarına ölkənizin rifahı və bütün Cənubi Qafqaz regionunda təhlükəsizlik naminə bol-bol uğurlar arzulayıram.
Eyni zamanda, arzu edirəm ki, Slovakiya ilə Azərbaycan Respublikası arasında ənənəvi səmimi qarşılıqlı münasibətlər gələcəkdə konkret əməkdaşlıq layihələrində əks olunsun.
Zati-aliləri, Sizə dərin ehtiramımı bildirmək istəyirəm.
Hörmətlə,
İvan Qaşparoviç
Slovakiya Respublikasının Prezidenti