Slovakiya Respublikasının Prezidenti Zati-aliləri cənab İvan Qaşparoviçə
Hörmətli cənab Prezident,
Slovakiya Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 avqust 2013-cü il.