Slovakiyada koronavirusun B.1.1.7 mutasiyasına yoluxmalar kəskin artıb
Bratislava, 5 fevral, AZƏRTAC
Slovakiyada səhiyyə qurumları və ekspertlər koronavirusun ilk dəfə Böyük Britaniyada aşkarlanan B.1.1.7 mutasiyasına yoluxma hallarının kəskin artımı barədə həyəcan təbili çalıblar.
AZƏRTAC xəbər verir ki, Baş nazir İqor Matoviç sosial şəbəkələrdəki hesabında da narahatlığını ifadə edib. Qeyd edilib ki, fevralın 3-də ölkə üzrə 2732 yoluxma halının 71 faizi B.1.1.7 mutasiyası əsasında baş verib.
Slovakiyanın ikinci böyük şəhəri Koşiçedə Universitet Klinikası elan edib ki, həmin şəhərdəki müsbət test nəticələrinin 90 faizindən artığı Britaniya mutasiyasının payına düşüb. Universitetin infeksionisti Pavol Yarçuşka bildirib ki, əldə edilən ilkin nəticələr B.1.1.7 ştammına Slovakiyada yoluxma səviyyəsinin bütün Aİ ölkələri arasında ən yüksək olması, hətta Böyük Britaniyadakı göstəriciləri də üstələməsini deməyə əsas verir.
Pandemiya ilə əlaqədar vəziyyətin gərginləşməsini nəzərə alaraq ölkənin əksər şəhər və regionları gələn həftə üçün nəzərdə tutulan məktəblərin açılmasını təxirə salıblar. Təhsil Nazirliyinin planına əsasən, fevralın 8-dən başlayaraq ibtidai siniflərdə əyani təhsilə start verilməli idi.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]