Sloveniya rəsmisi: Azərbaycana yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edirəm VİDEO
Bakı, 22 may, AZƏRTAC
WUF13 çox yaxşı təşkil olunmuş mühüm qlobal platformadır. Burada şəhərlərin gələcəyi ilə bağlı vacib məsələlər müzakirə olundu.
Bunu AZƏRTAC-a açıqlamasında Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Enerji Nazirliyinin katibi Espoo Konvensiyası və SEQ Protokolu üzrə İşçi qrupun üzvü Vesna Kolar Planinşiç deyib.
"Strateji Ekoloji Qiymətləndirmə kimi mövcud alətlərdən düzgün istifadə etmək dayanıqlı inkişaf üçün kifayət qədər effektivdir. Yeni alətlər yaratmaqdan çox, mövcud sistemlərin tətbiqi daha vacibdir. Azərbaycana yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edirəm", - deyə o bildirib.
Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Azər İbrahimov
Videooperator - Mirrəsul Cəfərov