Sloveniya sərhədlərin açılması qərarını ləğv edib
Lyublyana, 18 may, AZƏRTAC
Sloveniya hökuməti Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı ötən həftənin cümə günü verdiyi qərarı ləğv edib.
AZƏRTAC xəbər verir ki, mayın 18-də Sloveniya hökuməti sərhədlərin mərhələli şəkildə açılacağını elan edib. Hökumətin yeni qərarında bildirilir ki, Sloveniya ərazisinə yalnız qarşılıqlı texniki razılaşmalar əldə edilmiş Aİ ölkələrinin vətəndaşları məhdudiyyətsiz şəkildə daxil ola bilərlər. Belə bir razılaşma olan ölkələrin siyahısı isə hazırlanır.
Yeni qərarda qeyd edilir ki, Sloveniya ərazisində daimi yaşayış icazəsi və ya daşınmaz əmlakı olmayan, eləcə də ölkədən tranzit səfərlər üçün istifadə etməyən Aİ vətəndaşları ölkəyə daxil ola bilməzlər. Sloveniya sərhəd polisinin rəhbəri Melita Moçnik mətbuat konfransında bildirib ki, əcnəbi vətəndaşların ölkə ərazisinə yalnız tutarlı səbəblər əsasında, məsələn, tibbi müayinə və ya müalicə ilə əlaqədar səfər etməsi mümkündür.
Koronavirusa qarşı mübarizə üzrə hökumət sözçüsü Yelko Kaçin isə bildirib ki, qonşu və digər ölkələrlə sərhədlərin açılmasında qarşılıqlılıq prinsipi əsas götürüləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]