SOCAR Xersonda ailələri təxliyə edən könüllülərə yardım edir
Kiyev, 7 iyun, AZƏRTAC
“SOCAR Energy Ukraine” Kaxovka su elektrik stansiyasının bəndinin partladılmasından sonra xilasetmə işləri ilə məşğul olan könüllülərə yardım edib.
AZƏRTAC xəbər verir ki, “SOCAR Energy Ukraine” faciə ilə üzləşə biləcək ailələri Odessaya təxliyə edən könüllülərə bir ton yanacaq verib.
“SOCAR Energy Ukraine” bu istiqamətdə humanitar missiyasını davam etdirəcək və mülki şəxslərə hər cür yardım göstərəcəyik.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]