Son bir ay ərzində Türkiyədə 468 qanunsuz miqrant saxlanılıb
İstanbul, 24 mart, AZƏRTAC
Son bir ay ərzində Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 468 miqrant saxlanılıb. Bu ilin əvvəlindən indiyədək isə bu rəqəm 1975 nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu ay saxlanılan miqrantlardan 183-ü Türkiyənin İzmir, 102-i Çanaqqala, 92-i Balıkesir, 36-ı Muğla, 55-i isə Edirnə vilayətlərində ələ keçiriliblər.
Baş verən müharibələr səbəbindən iqtisadi və sosial çətinliklərlə üzləşərək yurd-yuvalarını tərk etməyə məcbur qalan insanlar daha rahat həyat tapa bilmək üçün başqa ölkələrə üz tuturlar. Bu miqrantların böyük əksəriyyəti Türkiyə ərazisindən Yunanıstan vasitəsilə Avropaya keçməyə çalışırlar. Bunun üçün rezin qayıqlar kimi riskli vasitələrdən istifadə edənlərin böyük əksəriyyəti isə məqsədlərinə nail ola bilmir və hətta həyatlarını itirirlər. Türkiyənin Sahil Mühafizə Xidmətinin bu il yanvarın 1-dən martın 24-dək olan statistik göstəricilərinə əsasən, Egey dənizində Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən miqrantlardan dördü həyatını itirib, onlara köməklik göstərməkdə şübhəli bilinən doqquz nəfər saxlanılıb. Bölgədə itkin düşən bir nəfər isə üç gün davam edən axtarışlardan sonra tapılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]