Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 304 nəfər yoluxub
Bişkek, 12 avqust, АZƏRTAC
Son 24 saatda Qırğızıstanda COVID-19 koronavirusuna 304 nəfər yoluxub və bu virusa yoluxanların ümumi sayı 40 min 759 nəfər olub.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son gündə ölkədə koronavirusdan 6 nəfər ölüb və dünyasını dəyişənlərin sayı 1484 nəfərə çatıb.
Bildirilir ki, son gündə virusa 14, ümumiyyətlə isə 2 min 981 tibb işçisi yoluxub.
Xəstəxanalarda 6 mindən artıq pasiyent olduğu bildirilir.
Məlumatda qeyd edilir ki, son gündə Moskvadan 400-dən artıq, Yekaterinburqdan isə 183 Qırğızıstan vətəndaşı Bişkekə gətirilib.
Ölkə mətbuatı yazır ki, Qırğızıstan Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə hava əlaqələrini bərpa edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]