SONUNCU ÇADIR ŞƏHƏRCİKLƏRİ SAKİNLƏRİNİN KÖÇÜRÜLƏCƏYİ QƏSƏBƏLƏRİN İNŞASINA BAŞLANILIR
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ölkə başçısının 2007-ci ilin sonuna qədər Azərbaycanda çadır şəhərciklərinin ləğv olunacağı barədə bəyanatının reallaşdırılması istiqamətində işlər davam etdirilir. İndiyədək 12 çadır şəhərciyindən 5-i ləğv edilmişdir. Bir neçə aya daha 4 şəhərcik ləğv olunacaqdır.
Saatlı və Sabirabad rayonları ərazisindəki sonuncu 3 çadır şəhərciyinin ləğvi və yeni qəsəbələrnin inşası ilə bağlı layihə-sənədləşdirmə işləri başa çatdırılmışdır. Tikinti işlərinə yaxın vaxtlarda başlanacaqdır. Həmin qəsəbələrə köçürülmə gələn ilin ortalarında baş tutacaqdır.