SONUNCU ÇADIR ŞƏHƏRCİKLƏRİ SAKİNLƏRİNİN KÖÇÜRÜLƏCƏYİ QƏSƏBƏLƏRİN İNŞASINA BAŞLANILIR
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ölkəmizin başçısının 2007-ci ilin sonuna qədər Azərbaycanda çadır şəhərciklərinin ləğv olunacağı barədə bəyanatının reallaşdırılması istiqamətində işlər davam etdirilir. İndiyədək 12 çadır şəhərciyindən 5-i ləğv edilmişdir. Bir neçə aya daha 4 şəhərcik ləğv olunacaqdır.
Saatlı və Sabirabad rayonları ərazisindəki sonuncu 3 çadır şəhərciyinin ləğvi və yeni qəsəbələrnin inşası ilə bağlı layihə-sənədləşdirmə işləri başa çatdırılmışdır. Tikinti işlərinə yaxın vaxtlarda başlanacaqdır. Həmin qəsəbələrə köçürülmə gələn ilin ortalarında baş tutacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]