“Sony” şirkəti “PlayStation 5” oyun konsolunu təqdim edib
Tokio, 13 iyun, AZƏRTAC
Yaponiyanın elektronika sahəsində tanınmış “Sony” şirkəti ən çox satılan “PlayStation” oyun konsolunun son modelini təqdim edib. Onun cari ilin sonlarında satışa çıxarılacağı bildirilir.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın elektronika istehsalı ilə məşğul olan “Sony Interactive Entertainment” şirkəti iyunun 12-də keçirilən onlayn brifinq zamanı ilk dəfə “PlayStation 5” oyun konsolunu təqdim edib. Qeyd edilir ki, bu oyun konsolunun iki modeli - disk üçün girişi olan və belə girişin olmadığı modelləri həvəskarların ixtiyarına veriləcək.
Bildirilir ki, son yeddi ildə yaradılan yeni model yüksək dəqiqliyi ilə seçilən 8K görüntülərini də nümayiş etdirmək qabiliyyətindədir.
“Sony Interactive Entertainment” şirkətinin prezidenti Cim Rayan yeni model barədə deyib: “Dünya daha zəngin və gözəl olacaq, yeni modellər sizin hisslərinizi mümkün olmadığını düşündüyünüz qədər əsir alacaq”.
Qeyd edək ki, koronavirus pandemiyası insanlar evdə daha çox qaldığına görə oyun şirkətləri üçün əlverişli şərait yaradıb. Yalnız “Sony” şirkəti deyil, onun oyun konsulları sahəsində əsas rəqibi olan “Nintendo” şirkəti də yeni modellər üzərində çalışır.
Koronavirus pandemiyası insanların alıcılıq üsullarını da dəyişib. Belə ki, “Sony” şirkətindən bildirildiyinə görə, onlar bu məhsulu adi mağazalarda almaqdansa, proqram təminatının yüklənməsinə daha çox üstünlük verirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]