Sosial sorğu: Emmanuel Makronun reytinqi aşağı düşür, Milli Birlik Partiyası önə çıxır
Paris, 11 may, AZƏRTAC
Emmanuel Makron fransızlar arasında etimad itkisi ilə üzləşməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, “La Tribune Dimanche” qəzetinin yaydığı son Ipsos – BVA-CESI sorğusuna əsasən, Fransa prezidentinə müsbət münasibət bildirənlərin sayı cəmi 21 faiz təşkil edir.
Sorğunun nəticələrinə görə, Makron əvvəlki ayla müqayisədə daha iki faiz itirib, respondentlərin 75 faizi isə ona mənfi münasibət bəslədiyini bildirib.
Fransanın Baş naziri Sebastyən Lökornünün reytinqində cüzi artım qeydə alıb.
Araşdırmada iştirak edən politoloq Bris Tentyurye bildirib ki, Emmanuel Makron artıq beynəlxalq gündəmin yaratdığı siyasi effekt hesabına əvvəlki kimi dəstək qazana bilmir.
Sorğu həmçinin Fransada iqtisadi narahatlıqların artdığını və hakimiyyətə qarşı uzunmüddətli yorğunluğun formalaşdığını göstərir. Bununla belə, bəzi nazirlərin imici hökumətin ümumi reytinqindən daha yüksək olaraq qalır.
Müsbət qiymətləndirilən nazirlər arasında Jeral Darmanən 44 faizlə ilk sırada qərarlaşıb.
Sorğu 2027-ci il prezident seçkiləri ilə bağlı ilkin tendensiyaları da ortaya qoyub. Jordan Bardellanın rəhbərlik etdiyi Milli Birlik Partiyası (Rassemblement National -RN) hazırda sorğularda önə çıxır.
Respondentlərin 34 faizi Jordan Bardellanın Yelisey Sarayına gəlməsindən məmnun qalacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]