ŞOTLANDİYADA İCTİMAİ YERLƏRDƏ SİQARET ÇƏKMƏK QADAĞAN OLUNMUŞDUR
İngiltərə, Uels və Şimali İrlandiyada qanunun necə həyata keçirilməsini diqqətlə izləyirlər. Onların siyasətçiləri də öz ölkələrində siqaret çəkilməsinə qadağa qoyulmasına çalışırlar. İngiltərədə bu qanun 2007-ci ilin yayında qüvvəyə minməlidir.
Şotlandiyanın birinci naziri Cek MakKonnell bildirmişdir ki, ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması bütöv bir nəslin sağlamlığının qorunması yolunda atılan çox yaxşı addımdır.
Siqaretçəkənlərin müdafiəsinə qalxan təşkilatlar hökuməti tənqid edərək bildirirlər ki, o, siqaretin sağlamlığa təsiri barədə şişirdilmiş məlumatlar yayır, qadağanın iqtisadi dəyərini xeyli azaldır. Bəzi hesablamalara görə, ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması nəticəsində təxminən 140 bar bağlana bilər. Bu da, öz növbəsində, 2500 iş yerinin itirilməsi deməkdir.
Siqaret çəkilməsinə xüsusi ayrılmış yerlərdə icazə veriləcəkdir. Qanunu pozan şəxslər 50 funt sterlinq (təxminən 87 dollar), qanunun yerinə yetirilməsini təmin edə bilməyən menecerlər isə 200 funt sterlinq (təxminən 350 dollar) məbləğində cərimə ediləcəklər.