“Söz” ədəbi layihəsinin növbəti tədbiri
Bakı, 30 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ötən ildən reallaşan “Söz” ədəbi layihəsinin hər poeziya gecəsini şeir, sənət həvəskarları maraqla gözləyirlər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Milli İncəsənət Muzeyində layihə çərçivəsində növbəti ədəbi-bədii gecə keçirilib.
Layihənin rəhbəri, şairə Nigar Həsənzadə bildirib ki, bu cür tədbirlərin keçirilməsi gənc nəsildə ədəbiyyata marağı daha da artırmağa xidmət edir.
Qeyd edilib ki, “Söz” ədəbi layihəsi Azərbaycan mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatımızın dünyada tanıdılması, yeni istedadlı yazarların aşkar olunması, müxtəlif ölkələrin mədəniyyətlərinin öyrənilməsinə öz töhfəsini verir. Təşkil olunan tədbirlər həm də ölkəmizdə kök salan multikultural ənənələrin yaşadılması baxımından əhəmiyyətlidir.
Sonra poeziya həvəskarlar istedadlı gənc şairləri dinləmək imkanı qazanıblar. Layihənin budəfəki tədbirində gənc qələm sahibləri Səidə Sübhi, Atika Əliyeva, Səbinə Vəlibəyova, Ülviyyə Axundova və Solmaz Süleymanlı şeirlərini oxuyublar.
Yeni bədii örnəklər iştirakçılar tərəfindən maraqla qarşılanıb.