“SPARTAK” KLUBU VALENTİNA MATVİYENKODAN PİTER MİLİSİNİ CƏZALANDIRMAĞI XAHİŞ ETMİŞDİR
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Moskvanın “Spartak” klubunun rəhbərliyi Sankt-Peterburqun qubernatoru Valentina Matviyenkoya məktub göndərərək, komandanın azarkeşlərinə sərt rəftar göstərilməsində təqsirli olanların axtarılmasını və cəzalandırılmasını xahiş etmişdir.
Aprelin 4-də “Zenit”lə oyuna baxmağa gələn “Spartak”ın 400-dək azarkeşini tutaraq, bir neçə saat “xüsusi məntəqədə” saxlamışlar.
Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyevə və Sankt-Peterburq Baş Daxili İşlər İdarəsinin rəisi Vladislav Piotrovskiyə ünvanlanmış məktubda deyilir ki, “Piter milisinin hüquq pozuntuları barədə məlumat çoxsaylı faktlarla təsdiqlənir. Yüzlərlə təqsirsiz adam saatlarla azadlıqdan məhrum edilmişdir ki, bu da RF Konstitusiyasının və Cinayət Məcəlləsinin kobudcasına pozulması deməkdir. Bu adamların təhqirə məruz qalması ikiqat cinayətdir, çünki buna hüquq mühafizə orqanları yol vermişlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
- 05.10.2026 [01:16]
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
- 04.10.2026 [21:23]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]