İDMAN
“Sport1”: Bütün dünya səbirsizliklə ilk Avropa Oyunlarının açılışını gözləyir
Bakı, 12 iyun, AZƏRTAC
Bütün dünya səbirsizliklə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının açılışını gözləyir.
AZƏRTAC xəbər verir ki, bu fikir Almaniyanın “Sport1” telekanalının bu gün start götürəcək ilk Avropa Oyunlarının açılış mərasimi ilə bağlı hazırladığı süjetdə bildirilib. Süjetdə açılış saatına qədər olan vaxtı göstərən saniyəölçən yerləşdirilib.
Sayt yazır: “ilk Avropa Oyunlarının açılış vaxtına az qalır. Altı min idmançı bu Oyunlarda mübarizə aparacaq. Avropa Oyunları idmançılar üçün Rio-de-Janeryo Yay Olimpiya Oyunlarına aparan yoldur”.
“Sport1” telekanalı ilk Avropa Oyunlarını canlı yayımlayacaq.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://tv.sport1.de/player/player.php?id=s95616127#